Rusiya hərbçiləri Ukraynan Xerson şəhərində şura binasını ələ keçirib.

“RBC-Ukraina” xəbər verir ki, aprelin 25-də günortadan sonra Rusiya qoşunları Şəhər Şurasının binasına nəzarəti ələ alıblar.

Məlumata görə, bələdiyyənin əməkdaşları iş yerlərindən qovulublar: "Saat 16:30-da Rusiya hərbçiləri binaya daxil olub, bütün işçilərə çıxıb getmələrini dedilər. Binadan Ukrayna bayrağını götürüblər. İnsanlara heç bir izahat verilməyib. Binadan sonuncu olaraq mer İqor Kolıxayev çıxıb", - Şəhər Şurasının əməkdaşlarından biri deyib.