"Kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasından idxal etdiyi qazın dəyərini rublla ödədiyinə dair məlumatlar yayılıb.​ Bildiririk ki, yayılmış bu məlumatlar həqiqəti əks etdirmir".

Mia.az xəbər verir ki, bu sözlər SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətinin yaydığı məlumatda bildirilib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Denis Qonçar “RİA Novosti”yə müsahibəsində Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30 %-nin rublla aparıldığını deyib.