ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Azərbaycana gələcək.

O, aprelin 27-28 Bakıda missiya rəhbərlərinin konfransına qatılacaq/APA.

Qeyd edək ki, missiya rəhbərlərinin konfransları müntəzəm olaraq keçirilir. Belə ki, son konfransa 2021-ci ildə ABŞ-ın İrəvandakı səfirliyi ev sahibliyi edib. ABŞ-ın Bakıdakı və Tiflisdəki səfirlikləri 2019 və 2018 illərdə keçirilən konfransları təşkil edib. COVID-19 səbəbindən 2020-ci ildə konfrans keçirilməyib.

Mia.az