Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.

Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 21900-ə yaxın  hərbçisi öldürülüb: "Bununla yanaşı, 884 ədəd tankı, 2 258 ədəd zirehli döyüş maşını, 411 ədəd artilleriya sistemi, 149 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 181 ədəd hərbi təyyarəsi, 154 ədəd helikopteri, 1 566 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 201 ədəd dronu, 28 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib".