Bakıda attestatsız vəzifəyə təyin olunan məktəb direktorunun müavini ilə bağlı aidiyyatı oqranlara müraciət edilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Bakı şəhəri R. Əliyev adına 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Yusifova İsmət Qədir qızı 01.09.2004-cü ildə işə qəbul edilib:
"2004-cü ildə 3 nömrəli tam orta məktəb Binəqədi Rayon Təhsil Şöbəsinin tabeliyində olub. 2006-cı ildə Bakı şəhərində rayon təhsil şöbələri ləğv edilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb. Həmin məsələ ilə bağlı araşdırma aparılıb. Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət olunub".
Qeyd edək ki, məktəbin Drektorun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) İsmət Yusifovanın orta təhsili olmadan, attestatsız işə götürülməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.