"Bizlərin Qərbi Azərbaycandan deportasiyası zamanı yaxınlarımın bir qismi Tərtər rayonunun Bəyim Sarov kəndində məskunlaşdılar. Təsərrüfatla məşğul olurlar, torpaq icarəyə götürüb əkirlər. Dünən yaxın qohumun mənə telefon açaraq əkdiyi taxılın susuzluqdan tələf olduğunu bildirdi. Onun xahişini Rayonun İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova çatdırdım".
Mia.az xəbər verir ki, bu sözləri deputat Etibar Əliyev sosial şəbəkədəki hesabında yazıb.
O bildirib ki, icra başçının cavabından dəhşətə gəlib: "Başçının mənə söylədiklərindən dəhşətə gəldim. Bəlli oldu ki, artezian qurğusunun kabeli kəsilib oğurlandığından bunu edə bilmirər: "Kamera quraşdırıb oğrunu tutmuşuq"-dedi. Oğru tutulub, lakin 2 ay keçməsinə baxmayaraq bunlar 4-5 metrlik kabel tapıb artezianı işə sala bilmirlər. Taxıl, arpa, kartof susuzluqdan yanır. Sonra da deyirik ki, kəndli əkib-becərmir!
Rayonu talayıb-çapırlar, ancaq 5 metr kabel tapıb artezianı işə salmağa maraq göstərmirlər. Kəndli isə təsarrüfatı kimi qovrula-qovrula qalır. Müstəqimlər həyacan təbili çalan kəndlini qəbul etməyi belə şəstlərinə sığışdırmırlar. Postelmarvəliyev dövrü nə zaman başa çatacaq?".