İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib.

Mia.az xəbər verir ki, bu barədə DİN-in şöbə rəisi Elşad Hacıyev məlumat yayıb.

Bildirib ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib: "Qəbulda nazir onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırıb".

Bəxtiyar Hacıyev isə sosial şəbəkədəki hesabında bildirib ki, Daxili işlər naziri Vilayət Eyvazovla 2 saatdan artıq davam edən görüşdə ötən gün naməlum çəxslər tərəfindən döyülməsi barədə müzakirə aparıblar: "Son hadisə ilə bağlı bildirildi ki, burada əsas hədəf DİN-dir, onların heç bir marağı yoxdur, yaxın müddətdə araşdırma aparıb, nəticəsini bildirəcəklər".