Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov işdən çıxarılan idarə rəislərinin yerinə yeni şəxsləri təyin edib.
Məlumata görə, nazirin müvafiq əmri ilə polkovnik Zaur Zeynalov Fövqəladə Hallar Nazirliyinin Maliyyə-İqtisadiyyat Baş idarəsinin rəisi vəzifəsinə təyin olunub.
K.Heydərovun digər əmri ilə, hüquq idarəsinin rəisi vəzifəsinə İlhamə Paşa qızı Turabova təyin olunub.
Onların hər ikisi bundan əvvəl sözügedən idarələrin rəis müavinləri olublar/Qaynarinfo
Qeyd edək ki, FHN-nin Maliyyə-iqtisadiyyat Baş idarəsində aparılan yoxlamalar zamanı general Nağı Nağıyevin rəhbəri olduğu qurumda ciddi qanun pozuntuları aşkarlanıb.
Bu səbəbdən K.Heydərov onu tutduğu vəzifəsindən azad edib.
Hüquq idarəsinin rəisi (mülki) Nərgiz Yusubova isə öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.
Mia.az