Rusiya ordusunun Ukraynanın  mxtəlif bölgələrinə hücumu davam edir.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı son məlumatı yayıb.

Bildirilib ki, Rusiya Ukraynanın Skadovsk rayonunda “S-300VM” zenit kompleksinin batereyası yerləşdirib:

"Xarkov vilayətinin İzyum şəhərinin cənubuna hücuma keçilib. Hücumu təşkil edən Buça şəhərində vəhşiliklərin, qətliamın törədilməsində iştirak edən 64-cü motoatıcı briqadanın taboru İzyum ərazisində artıq itki verib.

Eyni zamandaŞ Mariupolda “Azovstal” ərazisində Ukrayna müdafiəçilərinin mühasirəsi davam edir. Rusiya bölgəyə havadan zərbələr endirir.

Rusiyanın “Vaqner” özəl hərbi birləşməsi taqımının 200-dək şəxsi heyətinin hazırlığı başa çatıb. Onları Novobaxmutovkaya yerləşdiriblər.

Rusiya silahlıları Xerson vilayətində mövqelərini gücləndirmək istəsələr də, əhəmiyyətli sayda hərbi texnika itkisinə məruz qalıblar.

Bununla yanaşı, ötən sutka ərzində Donetsk və Luqansk vilayətləri ərazisində rəqibin 9 tankı, 18 zirehli texnikası, 13 avtomobil texnikası və yanacaq daşıyan maşınını, 3 artilleriya sistemini sıradan çıxarılıb".