"Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında dialoqu dəstəkləməyə sadiqdir".
Mia.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tviter hesabında bildirib.
O bildiirb ki, bu gün Paşinyanla telefonda danışıb: "Baş nazir Nikol Paşinyanla Cənubi Qafqazın sabit, dinc və firavan gələcəyinə doğru irəliləmək üçün gələcək işlərin perspektivlərini müzakirə etdim".