Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel Rusiya Prezidenti Vladimir Putinlə telefonda danışıb.
Mia.az xəbər verir ki, bu barədə Şarl Mişel sosial şəbəkədəki hesabında pylaşım edib:
“Bu gün Prezident Putinlə telefon danışığı apardım. Pasxa bayramı münasibətilə Mariupol və digər mühasirəyə alınmış şəhərlərə təcili humanitar yardım və bu şəhərlərdən təhlükəsiz çıxış üçün ciddi çağırış etdim. Aİ-nin mövqeyini qəti şəkildə bir daha bəyan etdim: Ukrayna və onun suverenliyinə dəstək, Rusiyanın təcavüzünü pisləmək və ona qarşı sanksiyalar. Bizim birliyimiz, prinsiplərimiz, dəyərlərimiz bölünməzdir”.
Rusiya mətbuatının yaydığı məlumata görə, tərəflər Ukraynadakı savaşla yanaşı, Azərbaycan-Ermənistan arasında gedın danışıqları da müzakirə ediblər.
Mia.az