ABŞ Prezidenti Cozef Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım, 500 milyon dollarlıq isə iqtisadi paketini açıqlayıb.
Mia.az xəbər verir ki, yardım paketinə ağır artilleriya və onun başlıqları, PUA-lar, kəşfiyyat mübadiləsi daxildir.
ABŞ lideri deyib ki, Rusiyanın hücumu ilə bağlı Ukraynadan didərgin düşən əhali üçün də yardım paketi olacaq.
Bayden onu da bildirib ki, Rusiyaya qarşı amansız sanksiyalar davam edəcək: "Artıq Rusiya və o ölkə ilə bağlı heç bir ticarət gəmiləri ABŞ limanlarına da daxil ola bilməyəcək. Biz Putini durdurmaq üçün hər şeyi edəcəyik".
Pentaqonun sözçüsü Con Kirbi isə bildirib ki, yeni hərbi yardım paketinə 72 ədəd 155 mm-lik haubitsa və 144 min artilleriya mərmisi, 155 mm-lik haubitsalar üçün 72 ədəd yedək maşını, 121-dən çox “Phoenix Ghost” taktiki pilotsuz uçuş sistemi, sahə avadanlığı və ehtiyat hissələri daxildir.
Mia.az