"Azərbaycanda maska qadağasının ləğvi gözlənilir".

Mia.az xəbər verir ki, bunu TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, ancaq bununla bağlı tarix dəqiq deyil: "Bu qərarın may ayının birinə, yoxsa yarım saata olacağının isə dəqiq deyə bilmərik”.

O bildirib ki, Azərbaycanda karantin rejimi ilə bağlı qalan məhdudiyyətlərin ləğvi ilə bağlı təkliflər Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərilib.