“Rusiya bütün lazımi maliyyə resurslarına malikdir".

Mia.az xəbər verir ki, bu sözləri Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Dövlət Dumasında çıxışında deyib.

O bildirib ki, Rusiyanın resursları, bütün lazımi maliyyə resursları var: " Bizi heç bir defolt təhdid etmir”.

Xatırladaq ki, Dumadakı müzakirələrdən sonra Elvira Nabiullinanın növbəti 5 il üçün Rusiya Mərkəzi Bankının rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib.