Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb.

Mia.az xəbər verir ki, parlamentin növbəti toplantısı aprelin 26-da keçiriləcək.

İclasda “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatı, həmçinin “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlar və Əmək Məcəlləsində dəyişikliklər də müzakirəyə çıxarılacaq.