Rusiya iki aya yaxın mühasirədə saxladığı Ukraynanın Mariupol şəhərini tam ələ keçirib.

Mia.az NTV-yə istinadla xəbər verir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu prezident Putinlə görüşdə hesabat verib: "Mariupol artıq qüvvələrimizin tam nəzarəti altındadır".

Putin isə Mariupolda mülki əhalinin də sğındığı və hələ də Ukrayna hərbçilərin olduğu "Azovstal" zavodunun ərazsinə isə hücum etməmək göstərişi verib: "Sənaye zonasına hücumu məqsədəuyğun saymıram. Əməliyyatı ləğv etmək əmri verirəm. Bizim üçün rus hərbçilərinin həyatı qiymətlidir. Bu, o vəziyyətdir ki, biz əsgər və zabitlərtimizin sağlamlığı və həyatı barədə düşünməliyik. Daha doğrusu, biz hər zaman bunu düşünməliyik. O sənaye obyektlərinə girmək, yerin altında sürünmək lazım deyil. “Azovstal”ın ərazisini tam bloklayən, onları mühasirədə saxlayın".

Putinin bu tələbinə “baş üstə” deyə cavab verən Şoyqu növbəti suala cavabda bildirib ki, hazərda “Azovstal” ərazisində 2 mindən artıq Ukrayna hərbçisi var.

Mia.az