Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.
Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 21 minə yaxın hərbçisi öldürülüb: "Bununla yanaşı, Rusiyanın 829 ədəd tankı, 2 118 ədəd zirehli döyüş maşını, 393 ədəd artilleriya sistemi, 136 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 67 hava hücumundan müdafiə sistemi, 172 ədəd hərbi təyyarəsi, 151 ədəd helikopteri, 1 508 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 166 ədəd dronu, 27 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib".