ABŞ Rusiyaya qarşı daha bir sanksiyalar paketi tətbiq edib.

Mia.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, bu dəfə Rusiyanın daha 29 fiziki, 40 hüquqi şəxs "Qara siyahı"ya salınıb, eyni zamanda, 635 rusa isə viza qadağası gətirilib: "Onların arasında Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Kseniya Yudayeva, “Otkritie" bankın idarə heyətinin sədri Mixail Zadornov, həmçinin “Transkapitalbank”, “İnvestorqbank” və digər məmurlarla iş adamların adları var".