Rusiyanın Ukraynaya qarşı işğalı davam etdirməsi ölkə daxilində gərginlikləri böydür.
Mia.az xəbər verir ki, Rusiyanın ən zəngin adamlarından oan və Putinə yaxınlığı ilə seçilən milyarder bankir Oleq Tinkov sosial media hesabında gözlənilməz sərt açıqlamalar verib.
O, Rusiyanın Ukraynadaki işğal əməliyyatının heç kimə fayda vermədiyini deyərək, Qərb ölkələrinə çağırış edib: "Əziz Qərb, lütfən, Putinə qürurunu qurtara biləcək fürsət verin, ona bu böyük problemdən çıxış üçün rahat yol verin, bununla da qətliamı durdurun".
Milyarder sanksiyaların Rusiyanı yıxdığını, iş adamlarının isə çıxılmaz vəziyyətdə olduqlarını xüsusi vurğulayaraq, Putinə və onun ordu rəhbərliyinə üsyan edib: "Rusiyanın Ukraynaya qarşı müharibəsi çılğın qərardır. Rusların 90 faizi bu savaşa qarşıdır. Təbii ki, hər yerə Z yazılan işarələr yazılır, ancaq istənilən ölkədə belə 10 faizlik gerizəkalılar var".
Milyarderin sözlərinə görə, bu savaş həm də onu göstərdi ki, gecədən içib səhəri "paxmel" açan generallar və onların əlində çox pis ordu var: "Hər şey çox ağır hal alıb. Zatən, artistlik, yalan və yaltaqlığa batmış bir ölkədə ordu neçə yaxşı ola bilərdi ki?!
Bəli, bu çılğın savaşdan sağlam faydalanan tək bir kişi belə yoxdur. Məsum insanlar və hərbçilər ölür. Ona görə, əziz Qərb, xahiş edirəm, Putinə qürurunu xilas etmək üçün bir qapı aralayın, bununla bu qırğını dayandırın".
Tinkov daha sonra deyib ki, hazırda Kreml rəhbəri və onun ətrafl şokdadır: "Bu adamların uşaqları Ağ dənizdə artıq yay tətili keçirə bilməyəcəklərini düşünür, biznes adamları isə əllərində qalan mülklərini qurtarmağa çalışır".
Mia.az