Bu ilin birinci rübündə “SOCAR Karbamid” zavodunun xarici bazarlara ixrac həcmi 8 dəfə, dəyər isə 33 dəfə artıb.

Mia.az xəbər verir ki, bunu SOCAR-ın prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf “Facebook”dakı hesabında yazıb.

O bildirib ki, bu rəqəmin Azərbaycanın xarici ticarət saldosuna müsbət təsiri 93 milyon ABŞ dolları təşkil edir.