“Biz o vaxt xahiş etdik ki, büdcədən oğurluq edən məmurlar barədə məlumat verilsin. Bəzi məmurlar bu gün də büdcə pullarını xımır-xımır yeyir”.

Mia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev Milli Məclisdə “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatın müzakirəsində deyib.

Deputat bildirib ki, əhalinin 90 faizi icbari tibbi sığortadan narazıdır: “Yüzlərlə adam bu şikayətlərlə bizə müraciət edir. Biz də İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edirik və minlərlə məsələ bu gün hələ də həllini tapmayıb”.