Rusiya Silahlı Qüvvələri Şərq əməliyyat zonasına yenidən hücum üçün böyük qruplaşma toplayıb.

Mia.az xəbər verir ki, Ukrayna MN-in Baş Qərargahının məlumatına əsasən, Rusiya Ukraynanın əsas obyektlərinin infrasturkturlarına fasiləsiz raket-bomba zərbələri endirirlər. "Rusiyanın Bryansk və Kursk vilayətlərinin sərhədyanı və buraxılış məntəqləri yerləşən rayonlarında mühəndis qurğularının quraşdırılması davam edir. Rusiya ərazisindən təxribatçı-kəşfiyyat qruplarının iştirakı və raket zərbələrinin endiriləcəyi istisna edilmir. Bununla belə, Rusiya Silahlı Qüvvələri Siverski Donets çayının sol sahilində plasdarm və qoşunların operativ yerləşməsi üçün şərait yaratmaq üçün Zavod, Dmitrivka və Dibrovna yaşayış məntəqələri isitiqamətindən döyüşlər aparıb. Donetsk və Tavriya istiqamətində isə qarşı tərəf döyüş qabiliyyətini bərpa edir və ehtiyat toplayır. Rusiya Siversk və Pokrovsk yaşayış məntəqlərini atəşə tutmaqda davam edir.

Xerson vilayətinin inzibati sərhədinə daxil olması üçün rəqib döyüşü davam etdirir".

Məlumata görə, Ukrayna ordusu ötən sutkada Donetsk və Luqansk vilayətlərində düşmənin 12 hücumunun qarşısını alıb: "10 tankını, 15 zirehli texnikasını, 5 avtomobilini, eləcə də 5 “T” sistemli artilleriyasını məhv edib. Son sutkada Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 5 hava hədəfini – bir təyyarəsini, 3 helikopterini və bir pilotsuz uçan aparatını sıradan çıxarıb”.

Luqansk vilayət administrasiyasının sədri Sergey Qayday isə az əvvəl sosial şəbəkədəki hesabında yazıb ki, Rusiya ordusu Luqansk vilayətinin Kreminna şəhərinə daxil olub: "Hazırda şəhərdə küçə döyüşləri gedir, evakuasiya mümkün deyil".