“Erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır”.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ ətrafında vəziyyətlə bağlı danışarkən bildirib.
Paşinyan müharibənin Şuşa uğrunda getdiyini qeyd edib və əlavə edib ki, Ermənistan hakimiyyəti müharibəni dayandırmağa çalışmadığı üçün tənqid edilir, lakin bu, belə deyil.
“İfadəmə görə üzr istəyirəm, amma biz xalqın qurbanlıq qoyun statusundan çıxması üçün yol açırıq. Müharibədə olub-olmamağı biz seçmirdik, biz heç nəyi həll etmirdik. Bu gün Ermənistanın müstəqil ölkə olduğunu və qərar vermək haqqının ölkəmizə qayıtmasına çalışdığımızı deyirəm”, - o vurğulayıb/APA.
Mia.az xəbər verir ki, Paşinyan Hökumətin icrasında daha sonra deyib ki, beynəlxalq ictimaiyyət açıq şəkildə Türkiyənin müttəfiqi Azərbaycanın ərazi bütövlüyünü tanıyır: "Bizə açıq deyirlər ki, tanımayan yeganə ölkə olmaq Ermənistan üçün təhlükəlidir. Bir daha deyirəm, bütün dostlarımız bizdən yeddi rayonu bu və ya digər konfiqurasiyada Azərbaycana təhvil verəcəyimizi gözləyirdilər. Mən günahkaram ki, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və bizdən də eyni etirafı gözləyir? Əgər təslim olsaydım, minlərlə insanın həyatını xilas edə bilərdim və təslim olmamaqla, minlərlə qurbana səbəb olan qərarların müəllifi oldum”
Mia.az