“Rəsmi Moskva ilə Kiyev arasında birbaşa danışıqların yeni raundu ilə bağlı anlaşma yoxdur”.

TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov aprelin 14-də jurnalistlərə bildirib.

O, TASS-ın müxbirinin Rusiya və Ukrayna prezidentlərinin görüşü ilə bağlı sualına cavabında deyib: “Yox, hələ heç nə yoxdur”.

D.Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən prinsipial olaraq heç vaxt imtina etməyib/Report.