Müdafiə nazirinin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov "Efes-2022" çoxmillətli təlimində iştirak edəcək hərbi qulluqçularım təminat və təchizatı, eləcə də şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.
Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, kontr-admiral S.Bəkirov, həmçinin ölkəmizi təlimdə təmsil edəcək heyətlə görüşərək onlara uğurlar arzulayıb.
Qeyd edək ki, "Efes-2022" çoxmillətli təlimin cari ilin may-iyun aylarında Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılır.