"Rusiya Ukraynanın cənubundan insanlarımız deportasiya edir".
Mia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstan parlamentindəki çıxışı zamanı deyib.
O bildirib ki, onlar Mariupol və digər şəhərlərin sakinləridir: "Deportasiya olunmuş vətəndaşlarımızı tapmalıyıq. Biz Mariupolda hələ də sağ qalan insanlarımızı xilas etməliyik. Rusiya əməllərinə görə cəzasız qalacağına əmindir. Biz buna son qoymalıyıq. Biz Rusiyanı məsuliyyətə cəlb etməliyik”.