“Amerikalı strateqlərin qənaətincə, NATO Ukraynanı Rusiya üçün Əfqanıstana çevirməyə cəhd etməlidir”.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Xarici Kəşəfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

Onun sözlərinə görə, NATO Ukraynanı Rusiya üçün Əfqanıstana çevirmək istəyir: “ABŞ-ın Ukraynanı Rusiya üçün Əfqanıstana oxşar hala gətirməsi strategiyasının uğursuzluğa düçar olduğu açıq-aşkar görünür”.

S.Narişkin deyib ki, ABŞ-ın başlıca işi Ukraynadakı münaqişəni maksimum uzatmaqdır: “Xüsusi hərbi əməliyyat Ukraynanın rusofob marionet dövlətə çevrilməsi cəhdinə son qoyacaq”/Report.

Mia.az-ın məlumatına görə, kəşfiyyat rəhbəri əlavə edib ki, bu gün Rusiya çoxqütblü dünya yaradır və bundan hamı, hətta indiki rəqiblərimizin də faydalanacaq: “Hazırda gözlərimiz önündə Avropa və dünya tarixində prinsipcə yeni mərhələ açılır. Onun mahiyyəti təkqütblü dünyanın və ən güclünün, yəni ki, ABŞ-ın hüququna əsaslanan beynəlxalq münasibətlər sisteminin dağılmasından ibarətdir”

Onun sözlərinə görə, Vaşinqton Yuqoslaviya, Əfqanıstan, İraq, Liviya, Suriyada hegemonluğunu nümayiş etdirməyə çalışıb və Qərbin Ukraynanı öz təsir orbitinə çəkmək cəhdləri də buna hesablanıb: “Bu gün Rusiya bu sistemə açıq çağırış göndərir, o, heç vaxt mövcud olmayan və gələcəkdə hamının, hətta indiki rəqiblərimizin də faydalanacağı həqiqətən çoxqütblü dünya yaradır”.

MİA.AZ