Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.
Mia.az xəbər verir ki, bunu nazir tviter səhifəsində yazıb.
O bildirib ki, NATO-nun Brüsseldəki mənzil qərargahında baş katiblə görüşüb: "Mən bu gün bura üç vacib məsələ üçün gəlmişəm: silah, silah və yenə silah. Ukraynanın təcili ehtiyaclarının ödənməsi, bizim qalib gəlməyimiz üçün uzunmüddətli həll yolları lazımdır”.