Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Mia.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.