Konstitusiya Məhkəməsinin hakimi İsa Əli oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilib.

Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İkram Heydər oğlu Kərimov “Şöhrət” ordeni ilə təltif edilib.