Məlahət Zeynalova Əvəz Zeynallı ilə Novruz bayramı ərəfəsində görüşdüyünü bildirib: "Əvəzin burun-qulaq ağrıları olur. Ağrılara son qoymaq üçün cərrahiyyə əməliyyatına ehtiyac var. Həkimlə danışmışıq, ara-sıra dərmanlar yazır, yanına göndəririk. Çalışırıq ki, əməliyyata qədər vəziyyəti dərmanlarla stabil saxlayaq”.
Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.