ADA Universitetində qlobal çağırışların müzakirəsinə həsr olunan beynəlxalq konfrans keçiriləcək.
ADA-dan Mia.az-a verilən məlumata görə, ADA Universiteti, Kent və Kembric Universitetlərinin nümayəndələrinin, diplomatların, biznes sektorda fəaliyyət göstərən yüksəksəviyyəli peşəkarların və tədqiqatçıların bir araya gələcəyi beynəlxalq konfransda Qafqaz, Mərkəzi Asiya və Şərq Tərəfdaşlığına daxil olan regionlardakı çağırışlar müzakirə olunacaq.
Tədbirdə Energetika nazirinin müavini, BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru çıxış edəcəklər.