Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu koronavirusa yoluxub.

Mia.az xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb:

“COVİD-19 testimin nəticəsi pozitiv oldu. Xəstəliyi yüngül keçirirəm. İşlərimi bir müddət evdən davam etdirəcəm. Allah bütün xəstələrə şəfa versin”.