ABŞ-dan Ukraynaya növbəti partiya döyüş sursatı çatdırılıb.
Bu barədə Ukraynanın müdafiə naziri Aleksandr Reznikov məlumat verib.
"Bu gün Borispol aeroportunda açıq qapı günüdür. 9-cu quşun ardınca ABŞ-dan 10-cu quş da uçub gəldi. Ukrayna silahlı qüvvələrinə daha 80 ton sursat gətirildi", - deyə nazir Tvitterdə yazıb/APA.
Qeyd edək ki, bu il ABŞ Ukraynaya 650 ton, Avropadakı digər müttəfiqləri isə ümumlikdə 350 ton silah-sursat verib.
Mia.az