İsrail Prezidenti İsaak Hersoqla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə İsrail Prezidentinin dəftərxanası məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları tezliklə görüş imkanlarını müzakirə ediblər: "Prezident Hersoq bu axşam Türkiyə Prezidenti Ərdoğanla telefon danışığı aparıb, ona cansağlığı və COVID-19-dan tezliklə sağalmasını arzulayıb. Söhbət zamanı iki ölkə liderləri erkən görüşün mümkünlüyünü müzakirə ediblər".