ABŞ-ın Dövlət Departamenti Belarusun bir sıra dövlət məmurlarına qarşı viza sanksiyası tətbiq edib.

Mia.az xəbər verir ki, sanksiyaya məruz qalan şəxslər olimpiya çempionu Kristina Timanovskayaya, habelə jurnalistlərə, ictimai fəallara və dissidentlərə qarşı silsilə represiyalar həyata keçirməkdə ittiham olunurlar.