Azərbaycanda daha 26217 nəfər peyvənd olunub.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 11 791 254 nəfərə çatıb.

Bunlardan  5 212 082 birinci, 4 727 150 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə  1 852 022-yə yüksəlib.