Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb.
Mia.az xəbər verir ki, görüş amerikalı siyasətçinin Kiyevə rəsmi səfəri çərçivəsində baş tutub.
Tərəflər əsasən, Rusiya ilə bağlı müzakirə aparıblar.
***
“Rusiyanın məqsədi ölkələrimiz arasında ədavət toxumu səpməkdir, buna imkan verə bilmərik. Biz birlikdə hərəkət etməliyik, birliyimizi gücləndirməliyik - bu, indiki məqamda, xüsusən də Rusiyanın təcavüzü halında çox vacibdir”, - E.Blinken bildirib.
V.Zelenski isə ABŞ-ın dövlət katibinin Ukraynaya səfirinin rəsmi Kiyev üçün böyük önəm daşıdığını bildirib:
“Bu, ABŞ-ın müstəqilliyimizə, ölkənin suverenliyinə güclü dəstəyini bir daha vurğulayır”.
Bundan başqa, Ukrayna Prezidenti ABŞ kəşfiyyatının fəaliyyətinə də diqqət çəkib: “Kəşfiyyatınız əladır, amma siz okeanın o tayındasınız, biz isə burada. Düşünürəm ki, biz dövlətimiz haqqında bəzi şeyləri bir az daha dərindən bilirik”.
V.Zelenskinin nəyi nəzərdə tutumasını bildirməsə də, qeyd edə bilərik ki, yanvarın 18-də CNN jurnalistləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Bill Börnsün keçən həftə Ukraynaya gizlincə səfər etdiyini bildiriblər. Həmin gün ABŞ məbuatında MKİ-nin Ukraynada xüsusi əməliyyat qüvvələri hazırlaması proqramı barədə məlumat yayılmışdı/Report.