“Rusiya bölgədə oyunçu olub, oyunçudur və oyunçu kimi qalacaq. Rusiyanı Cənubi Qafqaz bölgəsindən çıxarmaq mümkün deyil”.

Bunu Tbilisidə Rondeli Fondunun keçirdiyi konfransda çıxış edən Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, Qərbin bölgəyə çox fəal cəlb olunmadığı görünür: “ABŞ bölgədən demək olar tam çıxıb. Barak Obama administrasiyasından tutmuş indiki ABŞ rəhbərliyinə qədər Vaşinqtonun bölgə ilə bağlı aydın siyasəti yoxdur. Hazırda Avropa İttifaqı aydın mövqe sərgiləyir. Hesab edirik ki, Aİ-nin bölgəyə yardım paketi daha balanslı olmalıdır”.

BMTM rəhbəri Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətində də toxunub. F.Şəfiyev qeyd edib ki, onların Azərbaycan ərazisində qalması müddəti Bakı-İrəvan münasibətlərindəki tərəqqidən də asılı olacaq. “Biz inanırıq ki, sülh yolunda irəliləmək hər iki tərəfin marağındandır”/Report.

Fərid Şəfiyev onu da bildirib ki Azərbaycan Türkiyə-Ermənistan dialoqunun müsbət potensialını görür

Onun sözlərinə görə, sülh naminə daha çox addımların atılması gələcəkdə Cənubi Qafqazın geosiyasi aktorlar tərəfindən istifadə olunmayacağına zəmanət verəcək.

Mia.az