ABŞ Əfqanıstana 308 milyon ABŞ dollarından çox humanitar yardım ayırıb.
Bu barədə Ağ ev məlumat yayıb.
"Bundan başqa, Birləşmiş Ştatlar COVAX vasitəsilə Əfqanıstan xalqına əlavə bir milyon COVID-19 vaksin dozası tədarük edir və beləliklə, ümumi sayı 4,3 milyona çatdırır", - məlumatda qeyd olunub/Report.