"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrini çıxarmaq qərarı Qazaxıstanın müstəsna hüququdur və Rusiya buna müdaxilə etməyəcək”.
Mia.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu, KTMT-yə müraciət etmiş ölkənin tam səlahiyyətindədir. Bu, onların analizidir və bizim buna qarışmağa haqqımız yoxdur”, - Kreml sözçüsü bildirib.
Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib ki, KTMT sülhməramlı kontingentinin ölkədən çıxarılmasına iki gündən sonra başlanacaq və proses10 günə başa çatacaq.