Qazaxıstan parlamenti yanvarın 5-dən Baş nazir səlahiyyətlərini icra edən Əlixan Smailovu ölkənin Baş naziri vəzifəsinə təsdiqləyib.
Mia.az xəbər verir ki, bundan sonra Prezident Kasım-Jomart Tokayev Ə.Smailovun Baş nazir təyin olunması barədə sərəncam imzalayıb.
Qeyd edək ki, Ə.Smailov 1972-ci ildə dekabrın 18-də Qazaxıstanın Almatı şəhərində anadan olub. 1993-cü ildən maliyyə və iqtisadiyyat sahələrində müxtəlif vəzifələrdə çalışıb.