Rusiya prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayevlə son prosesləri müzakirə edib.
Mia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Tokayev Putini ölkəsindəki son vəziyyət barədə məlumatlandırıb. O qeyd edib ki, ölkədə vəziyyət stabilləşir.
Qazaxıstan Prezidenti Tokayev Rusiya Prezidenti Vladimir Putinə KTMT çərçivəsində verdiyi dəstəyə görə təşəkkür edib.