Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər Qazaxıstandakı durumu və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində birgə fəaliyyətin həyata keçirilməsini müzakirə ediblər/Report.