Ukraynanın paytaxtı Kiyevin Peçer rayon məhkəməsi ölkənin keçmiş Prezidenti, Avropa Həmrəyliyi Partiyasının sədri Petro Poroşenkonun əmlakı və hesablarına həbs qoyub.
Məlumatı UNIAN yayıb.
Sabiq Prezidentə qarşı “maliyyə terroru”, “terrorçu təşkilat qurmaq” və “dövlətə xəyanət” ittihamları üzrə cinayət işi başlanıb/Report.