Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstandakı etiraz aksiyalarla bağlı açıqlama yayıb.
Mia.az xəbər verir ki, XİN Qazaxıstanda yanvarın 2-3-də başlayan və bu səhər hökumətin istefası ilə nəticələnən etiraz aksiyalarını yaxından izlənildiyini bəyan edib?
“Dost Qazaxıstanın sabitliyinə önəm veririk. Arzumuz qardaş qazax xalqının sülh və əmin-amanlığıdır. Qazaxıstan hakimiyyətinin bu böhranın öhdəsindən gələcəyinə inanırıq. Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənir və olayların ən qısa müddətdə sakitləşəcəyinə ümid edirik. Hadisələrdə hüquq-mühafizə orqanları əməkdaşları daxil olmaqla yaralanan qazax qardaşlarımıza şəfa diləyirik”.,