Ötən gün Tbilisidə Tsitsişvili adına Uşaq Xəstəxanasında koronavirusa yoluxan 4 aylıq körpə vəfat edib.
Mia.az Report-a istinadla xəbər verir ki, uşaq xəstəxanaya dekabrın 31-də yerləşdirilib.
Bununla son həftə ərzində klinikada COVID-19-dan ölən körpələrin sayı ikiyə çatıb.
Hazırda xəstəxanada 50 uşaq müalicə olunur, onlardan birinin vəziyyəti ağırdır.