“Avropa İttifaqı Ukrayna və Avropadakı təhlükəsizliklə bağlı ABŞ və Rusiya ilə danışıqlarda iştirak etmək istəyir”.
Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrel “Die Welt” nəşrinə müsahibəsində deyib: "Biz baş verənlərdən kənarda olmaq istəmirik. Buna imkan verə bilmərik”.
Diplomat sözlərinə görə, 1975-ci ildə Helsinki Yekun Aktının qəbulundan sonra bütün pozuntular barədə danışıqlar aparılmalıdır: “Biz Rusiyanın daxili işləri kimi qiymətləndirdiyi bəzi məsələlərlə razılaşmırıq"/Report.