Rusiya Prezidenti Vladimir Putin əcənəbilərin vətəndaşlığa qəbul olunmasının sadələşdirilməsi ilə bağlı qanun layihəsini Dumaya təqdim edib.
Mia.az “RİA Novosti”yə istinadla xəbər verir ki, yeni layihəyə əsasən keçmiş SSRİ vətəndaşları, onların övladları, könüllü köçürmə proqarmında iştirak edənlər, Rusiyada yaxın qohumluq əlaqələri olanlar, Rusiya imperiyası təbəələrinin varisləri sadə yolla vətəndaşlıq ala biləcək.