Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevlə görüşüb.

Bu barədə Nazarbayevin mətbuat katibi Aydos Ukibay “Twitter”də bildirib.

O, təkbətək görüşün detallarının tezliklə açıqlanacağını söyləyib.

Putin-Nazarbayev görüşü Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal sammiti öncəsi keçirilib/APA.